04 Noyabr

Bu maraqlıdır - Volkswagen

Volkswagen AG konserninin tarixi 1934-cü ildən başlayır. Alman konstruktoru və mühəndisi Ferdinand Porşe ömrünün dörd ilini ilk “xalq avtomobili”nin yaradılmasına sərf etmişdir.

1934-ci il Almaniya hakimiyyəti Porşe avtomobil şirkətinin təməlini qoymuş alman konstruktoru və mühəndisi Ferdinand Porşeyə müasir minik avtomobillərinin yaradılması üçün sifariş etmişdir. Porşe əvvələr də belə bir avtomobil yaratmaq fikrində idi. Bu təklif gəldikdən sonra o, öz ideyalarını həyata keçirmək üçün gözəl imkan əldə etdi. “Xalq avtomobili”nin (Almanca "volk" - xalq "wagen" - avtomobil) düzəldilməsi üçün "Porsche" konstruktor bürosu ilə (RDA) "İmperiya Avtomobil Sənayesi Cəmiyyəti" arasında müqavilə bağlandı.

1935-ci ildə axır ki, belə bir avtomobil hazırlandı. Volkswagen markasının ilk prototipi müstəqil olaraq öz birinci səyahətini müvəffəqiyyətlə başa çatdırdı.

1936-ci il "İmperiya Avtomobil Sənayesi Cəmiyyəti"nin nəzarəti altında VW 3 seriyasının üç prototipi sınaqlardan müvəffəqiyyətlə keçdi.

1937-ci il ümumi sayı 30 ədəd olmaqla "Böcək"-in "VW30"-ilk prototipi işıq üzü gördü. Konstruksiyada olan qüsurların üzə çıxarılmasından ötrü onların hər biri xeyli yol qət etdi. Avtomobillər konstruktorlar, mühəndislər və sürücülər tərəfindən layiqincə qiymətləndirildi. Xarici görünüşünün böcəyə oxşaması avtomobilə bu ləqəbin verilməsinə səbəb oldu. Volkswagen layihəsinin Gezuvor şirkətinə (VW avtomobillərinin istehsalının hazırlanması üçün şirkət) verilməsi haqda qərar imzalandı.

1938-ci il Volkswagen avtomobillərinin istehsal edilməsi üçün Fallersleben şəhərinin yaxınlığında avtomobil zavodu tikilməyə başlandı. Gezuvor şirkətinin adı rəsmən Volkswagen GmbH adı ilə əvəz olundu. Bir ildən sonra zavodun açılış mərasimi keçirildi. İkinci dünya müharibəsi illərində zavodun inşaat işləri dayandırıldı və zavod hərbi texnikanın istehsal edilməsi üzrə profilləşdirildi. Zavodun inşaatında bir çox xalqların nümayəndələrindən işçi qüvvəsi kimi istifadə edilib. Muharibə zamanı istehsal sexlərinin böyük hissəsi ingilis təyyarəçiləri tərəfindən dağıdılmışdı.

1945-ci il müharibə illərindən sonra Volkswagen markalı avtomobillərin istehsalı, zavodun bərpa olunması ilə yenidən başladı. Zavod İngiltərə hakimiyyəti işğal etdiyi ərazidə olduğundan, təmir işləri ilə əlaqədar nəzarəti məhz ingilislər öz üzərlərinə götürdülər. Daha sonra isə, şəhər yeni Volfsburq (Wolfsburg) adı aldı. 1945-ci ildə Britaniya hakimiyyəti 20 min Volkswagen avtomobilinin istehsalı üçün sifariş etdi.

1947-ci il zavod artıq digər Avropa ölkələrindən sifariş almağa başlayır. 56 limuzin Niderlanda ixrac edilir. Niderlandda Volkswagen avtomobillərinin baş idxalçısı Pon qardaşları idi. Hal-hazırkı Transporter modelinin ilk prototipinin yaradılması ideyasını Pon qardaşları irəli sürmüşdülər. Bu modelin seriyalı istehsalına 50-ci illərdə başlandı və model "Bulli" adını aldı.

1949-cu il Volkswagen Beetle modelinin ilk partiyasını okeanın o tayına – ABŞ-a göndərdi. Volkswagen xarici ölkələrdə avtomobillərinin satışını təşkil etdi. Müharibə bitdiyi gündən etibarən 50.000 avtomobil istehsal olunmuşdu. 6 sentyabr 1949-cu ildə Volkswagen bütövlüklə Almaniya Federativ Respublikasına verildi.

1965-ci il VAG abreviaturalı Volkswagen-Audi konserni yaradıldı. Bir müddətdən sonra İspan firması olan Seat və Çexiyanın Şkoda firması da konsernə daxil edildi.

1973-cu il yeni orta sinifli Passat avtomobili istehsal edildi. Bu yeni konsepsiya ön ötürücülü, su ilə soyudulan dörd silindrli mühərrikli və dəyərli metallardan hazırlanmış kuzovlu avtomobil oldu. Bu avtomobilin mühərriki 55, 75 və 85 at güclü variantlarda təqdim olundu.

1985-ci il ümumi yığıncaqda konsernin adı Volkswagen AG ilə əvəz olunması qərara alındı. Həmin ildə əfsanəvi Volkswagen Beetle avtomobilinin 50 yaşı tamam oldu. Volfsburq şəhərində Volkswagenwerk zavodunun tarixi-texniki avtomobil zavodu açıldı. Ümumi sahəsi 5.000 kv.m olan sərgi meydançasında Volkswagen konserninin şanlı tarixi əyani şəkildə təqdim olundu.

2002-ci il Premium sinfinə aid avtomobillərin istehsalına başlandı: Volkswagen Phaeton limuzini və həmçinin Touareg ofrouderi.

2003-cu il isə Vw Golf modelinin beşinci nəslinin və Vw Touran modelinin miniveninin hazırlanmasına başlandı.

Volkswagen haqqında maraqlı faktlar:

Şirkətin maraqlı xüsusiyyətlərindən biri də, bundan ibarətdir ki, hər gün axşam saat 18.30-19.30 arasında bütün internet bağlantılarını kəsərək, işçilərinin israhət etməsini təmin edir.

Volkswagen şirkəti dünyanın ən bahalı şirkətlərini almaq istəyirdi. Bunlar, Bently və Roll-Royce şirkətləri idi. Lakin bu istəyini reallaşdıra bilmədi. Buna səbəb isə, BMW şirkəti tərəfindən buna etiraz edilməsi oldu. Nəticədə, Volkswagen şirkəti Bently şirkətini, Roll-Royce şirkətini isə BMW şirkəti aldı.

Bir zamanların ən çox satılan "Qurbağa" avtomobillərin istehsalı, Volkswagen tərəfindən 2003-cü ilə qədər reallaşdırılırmış. Lakin, satışların artıq yaxşı getmədiyininə görə və ətraf mühiti çirkləndirdiyinə görə şirkət, modelin istehsalını dayandırdı.

Volkswagen şirkətinə ortaq olmaq istəyən hər hansısa bir şirkət, şirkətin 20%-dən çox hissəsini ala bilməzmiş. Bu şirkətin əsas qanunlarından biri imiş.

Volkswagen şirkəti bir çox dünya üzrə bahalı avtomobillər istehsal edən şirkətlərin hissədarıdır. Bu şirkətlərə misal olaraq: Bently, Audi, Bugatti, Lamborghini və Porche-ni misal göstərmək olar.

Almaniyada xalq arasında Volkswagen şirkətinin Hitler tərəfindən qurulduğu inanılmaqdadır. Lakin bu, təbii ki, səhvdir.

[#gallery#]