AVTO

09 Fevral

Tesla Roadster yenidən gündəmdə – yeni patent və mümkün təqdimat tarixi

Finss.az - Tesla uzun müddətdir gözlənilən Roadster modeli ilə bağlı yeni addım atıb.

Şirkətin model üçün patent alması və İlon Maskın yaxın tarixdə açıqlama ediləcəyinə dair eyhamı avtomobil həvəskarları arasında marağı xeyli artırıb.

2017-ci ildən bəri dəfələrlə təxirə salınan Roadster Tesla-nın ən iddialı layihələrindən biri hesab olunur. Model həm dizayn, həm də texniki göstəricilər baxımından elektromobil bazarında yeni standartlar müəyyən edə bilər.

Şirkətin açıqladığı ilkin məlumatlara əsasən, Roadster fövqəladə sürətlənmə, çox yüksək maksimal sürət və rekord yürüş məsafəsi ilə seçiləcək. Bu isə onu yalnız elektromobil deyil, eyni zamanda superkar seqmentində də ciddi rəqibə çevirir.

Yaxın günlərdə Tesla-nın layihə ilə bağlı rəsmi və detallı məlumatları açıqlaması gözlənilir. Əgər gözləntilər doğrulsa, Roadster elektromobil bazarında əsl dönüş nöqtəsi ola bilər.