Finss.az - Bloomberg-in məlumatına görə, Çinin logistika sektoru sürətlə elektrik yük maşınlarına keçid edir və bu, fosil yanacaq təchizatçıları üçün yeni risk yaradır. Keçən il yeni enerji mənbələri ilə işləyən ağır yük maşınlarının satışları ilk dəfə təbii qazla işləyən maşınları qabaqlayıb.
“Yaşıl” yük maşınlarının illik satışı təxminən 3 dəfə artaraq 230 000 ədədə çatıb və bu, Çin yük daşımaları bazarının 20%-ni təşkil edir. Eyni dövrdə LNG yük maşınlarının satışı yalnız 12% artaraq 200 000 ədədə çatmayıb.
Elektifikasiyanın təsiri əvvəlcə avtomobil sektorunda benzin və dizel tələbatını azaldıb, indi isə qaz sektorunu da hədəf alıb. Bu kritikdir, çünki Çində LNG istehlakının təxminən 50%-i nəqliyyata düşür.
Analitiklər bildirirlər ki, dövlətin köhnə avtomobillərin utilizasiyası üçün verdiyi subsidiya və üstünlüklər elektrik modellərinə yönəldilib. Hazırda qaz yük maşınları elektrik modellərindən iqtisadi baxımdan daha sərfəlidir, lakin rəqabətin nəticəsi qaz və batareya qiymətlərinin dinamikasından asılı olacaq. Qlobal təklif artımı qaz qiymətlərini endirə bilər, batareyaların isə qiyməti innovasiyalar sayəsində davamlı düşür.
