AVTO

08 Yanvar

Bu il istehsal olunacaq AUDI E SUV: 5057 mm uzunluq, 700 km məsafə

Finss.az - Audi və SAIC şirkətləri Çin üçün yaradılan AUDI subbrendi çərçivəsində yeni konsept modelini nümayiş etdirib. Quançjou Avtomobil Sərgisində debüt edən AUDI E SUV krossoveri brendin ikinci modeli hesab olunur.

Tamölçülü krossover 5057 mm uzunluq, 2042 mm en, 1786 mm hündürlük3060 mm təkər bazası ilə təqdim olunub. 800 voltluq ADP platforması üzərində qurulan E SUV, 680 at gücü və iki mühərrikli tam ötürmə sistemi ilə 0–100 km/s sürətlənməni 5 saniyəyə tamamlayır. 109 kVt/saatlıq batareya 700 km-dən çox gediş məsafəsi təmin edir və 320 km üçün 10 dəqiqəyə şarj olunur.

Krossover AUDI 360 Driving Assist avtopilotu ilə təchiz edilib və Çin yol şəraitinə uyğunlaşdırılıb. Seriya versiyasının 2026-cı ildə istehsalına başlanacağı bildirilib.