2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycana 1 861 ədəd yalnız elektrik mühərrikli avtomobil idxal olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu elektromobillərin ümumi dəyəri 55,3 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan elektromobillərin sayı 1 010 ədəd və ya 35,2%, dəyəri isə 59,5 milyon ABŞ dolları və ya 51,8% azalıb.
Eyni dövrdə ölkəyə ümumilikdə 104 404 ədəd avtomobil gətirilib ki, bunların dəyəri 1,999 milyard ABŞ dolları təşkil edib. Avtomobil idxalı miqdar ifadəsində 21 478 ədəd və ya 25,9%, dəyər ifadəsində isə 325,6 milyon ABŞ dolları və ya 19,5% artıb.
Hesabat dövründə idxal olunan nəqliyyat vasitələrinin 808 ədədi 10 nəfər və daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli vasitələr olub ki, onların ümumi dəyəri 90,6 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda, 96 057 ədədi əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib və onların dəyəri 1,786 milyard ABŞ dolları olub.
Fuad Mədətov
Finss.az
