2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 87 909 ədəd minik avtomobili, 6 588 ədəd yük avtomobili və 702 ədəd avtobus idxal edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, idxal olunan malların nəqliyyat vasitəsinə görə payı belədir: avtomobil – 49,2%, hava nəqliyyatı – 31,1%, dəniz nəqliyyatı – 10,1%, dəmir yolu – 9,3%, boru kəməri və elektrik ötürücü xətləri – 0,3%.
Eyni dövrdə Azərbaycanın ixrac göstəriciləri də açıqlanıb. İxracın payı əsasən aşağıdakı ölkələr arasında bölünüb: İtaliya – 46,9%, Türkiyə – 13,0%, Rusiya – 4,5%, Çexiya – 3,3%, Yunanıstan – 3,1%, Bolqarıstan – 3,0%, Xorvatiya – 2,9%, Gürcüstan – 2,6%, Almaniya – 2,5%, Rumıniya – 2,3%, Portuqaliya – 2,0%, İsveçrə – 1,8%, Birləşmiş Krallıq – 1,3%, İrlandiya – 1,0%, Niderland və Ukrayna – 0,9% hər biri, Tunis – 0,8%, Fransa – 0,7%, Hindistan – 0,6%, Serbiya – 0,5%, digər ölkələr – 5,4%.
Fuad Mədətov
Finss.az
