AVTO

10 Dekabr

Bu ilin qlobal avtomobil satışlarının liderləri açıqlanıb - SİYAHI

2025-ci ilin yanvar-sentyabr aylarında dünya üzrə ən çox satılan avtomobil Toyota RAV4 olub.

Finss.az xəbər verir ki, ötən illə müqayisədə bu modelin satışları 1,5% artaraq qlobal bazarın 2,5%-ni təşkil edib.

Siyahının ilk üçlüyü belə formalaşıb:

  1. Toyota RAV4
  2. Toyota Corolla
  3. Ford F-Series (pickup)

Digər populyar modellər arasında Honda CR-V, Chevrolet Silverado (pickup), Toyota Camry, Hyundai Tucson, Toyota Hilux (pickup) və Kia Sportage yer alıb.

Qeyd olunur ki, hibrid və elektrik avtomobillərə artan marağa baxmayaraq, ənənəvi modellər hələ də qlobal satışlarda güclü mövqeyini qoruyur. Maraqlıdır ki, Tesla Model Y qlobal birincilik uğrunda mübarizədə 4-cü sırada qalıb.

Fuad Mədətov
Finss.az