AVTO

08 phrase_var_core.december

Hibrid gücə malik yeganə Ferrari SC40 Maranelloda nümayiş olunur

Əfsanəvi Ferrari F40 superkarının üslubunda hazırlanmış SC40 kupesi Ferrari-nin Special Projects bölməsi tərəfindən yeganə nüsxədə hazırlanıb.

Finss.az xəbər verir ki, avtomobil 296 GTB modelinə əsaslanırF40-un xarakterik dizayn elementlərini dəqiqliklə təqlid edir.

SC40 kupesinin ön hissəsində hava girişlərinin karbondan hazırlanmış üçbucaqlı bölmələri, arxa hissədə isə F40 modelindəki kimi inteqrasiya edilmiş spoyler və havalandırma yuvaları olan iri, künc-bucaqlı mühərrik qapağı quraşdırılıb. Antiqanadın dayaqları SC40 loqotipləri ilə bəzədilib. “Buraxılış sisteminin mərkəzi çıxış borusu yenidən işlənib, arxa bamperdə isə fərqli formalı diffuzor peyda olub”, – deyə məlumatda bildirilir.

İnteryer orijinal 296 GTB modelindən götürülüb, lakin qara alkantara və qırmızı parça ilə tərtibat dəyişdirilib, oturacaqların başlıqları firma loqotipləri ilə bəzədilib.

Texniki cəhətdən SC40 hibrid güc qurğusuna malikdir: 3,0-litrlik “biturboaltılıq” (663 at qüvvəsi) və səkkiz pilləli inteqrasiya olunmuş elektrik mühərriki (167 at qüvvəsi) ilə təchiz edilib. Hibrid sistemin ümumi gücü 830 at qüvvəsinə çatır. Arxa ötürməli superkar 1470 kiloqram çəkisi ilə 0–100 km/s sürətinə 2,9 saniyədə çatırmaksimal sürəti 330 km/saatdan yüksəkdir.

Ferrari SC40 yeganə nüsxədir və yalnız sifarişçinin tələbinə uyğun hazırlanıb. “Avtomobili canlı olaraq görmək imkanı var, SC40 oktyabrın 18-dən başlayaraq Maranellodakı Ferrari muzeyində nümayiş etdirilir”, – məlumatda qeyd olunur.