2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 1 732 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu elektromobillərin idxal dəyəri 52,1 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 860 ədəd və ya 1,5 dəfə az, dəyər ifadəsində isə 52,2 milyon dollar və ya 2 dəfə azdır.
Ümumilikdə bu dövrdə Azərbaycana 94 583 ədəd avtomobil idxal olunub ki, onların ümumi dəyəri 1,8 milyard ABŞ dolları olub. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 860 ədəd və ya 1,5 dəfə artıb, dəyər ifadəsində isə 308,7 milyon dollar və ya 20,8% çox olub.
Dövr ərzində idxal olunmuş nəqliyyat vasitələrinin 74,8 milyon ABŞ dolları dəyərində 702 ədədini sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli vasitələr, 1,607 milyard ABŞ dolları dəyərində 86 909 ədədini isə əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli vasitələr təşkil edib.
Fuad Mədətov
Finss.az
