AVTO

24 Noyabr

Azərbaycanda bu il minik avtomobillərinin istehsalı 3 280 ədəd təşkil edib

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3 280 ədəd minik avtomobili istehsal edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 153 ədəd və ya 26% azalma deməkdir.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkədə 4 433 ədəd minik avtomobili istehsal olunub. Noyabrın 1-i vəziyyətinə hazır minik avtomobili ehtiyatı 168 ədəd təşkil edib.

Hesabat dövründə 273 ədəd yük avtomobili istehsal olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 126 ədəd və ya 31,6% azalma deməkdir. Noyabrın 1-i vəziyyətinə hazır yük avtomobili ehtiyatı 24 ədəd olub.

Ümumilikdə, yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşquların istehsalının dəyəri 506,1 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,2%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 22,5% azalıb.

Fuad Mədətov
Finss.az