2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 78 205 ədəd minik avtomobili, 6 030 ədəd yük avtomobili və 652 ədəd avtobus idxal olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, idxal olunan malların 50,5 faizi avtomobil, 30,0 faizi hava, 9,7 faizi dəniz, 9,5 faizi dəmir yolu nəqliyyatı ilə gətirilib, 0,3 faizi isə boru kəməri və elektrik ötürücü xətləri vasitəsilə daşınıb.
İxracın istiqamətləri belə olub:
İtaliya – 45,8%, Türkiyə – 13,9%, Rusiya – 4,7%, Çexiya – 3,8%, Yunanıstan – 3,4%, Bolqarıstan – 3,1%, Xorvatiya – 2,9%, Gürcüstan – 2,7%, Almaniya və Rumıniya – hər biri 2,5%, Portuqaliya – 2,1%, İsveçrə – 1,6%, Birləşmiş Krallıq – 1,3%, İrlandiya və Ukrayna – hər biri 0,9%, Niderland – 0,8%, Serbiya və Tunis – hər biri 0,6%, Fransa – 0,5%, BƏƏ, Tailand, İndoneziya, Çin və Qazaxıstan – hər biri 0,4%, digər ölkələr isə 3,4% paya sahib olub.
Fuad Mədətov
Finss.az
