AVTO

10 İyul

“Gəncə Avtomobil Zavodu”nun mənfəəti 2 dəfə azaldı

Finss.az - “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 2024-cü ili 2 milyon 711 min manat xalis mənfəət ilə başa vurub.

Bu göstərici 2023-cü ildə qeydə alınan 5 milyon 631 min manat mənfəətlə müqayisədə təxminən 2 dəfə azdır.

Zavodun maliyyə hesabatına görə, 2024-cü ildə əsas əməliyyat gəliri 101 milyon 887 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 22% azalma deməkdir. Sair əməliyyat gəlirləri isə 821 min manat təşkil edib. Satışın maya dəyəri üzrə xərclər 90 milyon 779 min manat, kommersiya xərcləri 2 milyon 963 min manat, inzibati xərclər 3 milyon 119 min manat, sair əməliyyat xərcləri isə 2 milyon 458 min manat olub.

Bununla yanaşı, “Gəncə Avtomobil Zavodu”nun 31 dekabr 2024-cü il tarixində cəmi aktivləri 88 milyon 680 min manat təşkil edib. Bu rəqəm 2023-cü ilin sonundakı 68 milyon 413 min manat aktivlərlə müqayisədə artım nümayiş etdirir.