Finss.az - AvtoVAZ 2025-ci ilin son rübündə satışa çıxaracağı yenilənmiş Lada Niva Travel modelinin ilkin qiymətini açıqlayıb.
Yeni nəsil off-road avtomobil təxminən 1 400 000 rubl bazar qiyməti ilə bazara təqdim olunacaq. Avtomobilin ön dizaynı yenilənib, LED işıqlandırma əlavə olunub, eyni zamanda 1,7 litrlik mühərrik yerini daha yüngül və yanacaq sərfiyyatı daha az olan 1,8 litrlik səkkiz klapanlı mühərrikə verib.
Mühəndislər mühərrikin montajında mühüm dəyişikliklər edib, bu da avtomobilin performansını artırmaqla yanaşı, yanacaq sərfiyyatını 3-30% arası azaldıb. Yenilənmiş modelin top versiyasının qiyməti isə təxminən 1 800 000 rubl təşkil edir.
AvtoVAZ bu yenilənmə layihəsi üzərində iki ilə yaxın iş aparıb və avtomobilin süspansiyası, əyləc sistemi və mühərrik hissələri ciddi təkmilləşdirilib. Yeni model həm estetik, həm də funksional cəhətdən inkişaf etdirilərək daha rahat və sərt yol şəraitlərinə davamlı hala gətirilib.