AVTO

30 İyun

Tesla-nın top-meneceri Omid Afşar şirkətdən ayrılıb

Finss.az - Tesla Inc.-in Şimali Amerika və Avropa üzrə satışlarına rəhbərlik edən Omid Afşar şirkətdən ayrılıb.

Bu barədə məlumatı Financial Times nəşri məlumatlı mənbələrə istinadən yayıb.

Afşar bu vəzifəyə ötən il təyin olunmuşdu və onun ayrılması Tesla üçün olduqca çətin dövrə təsadüf edir. Belə ki, şirkətin satışları və mənfəəti kəskin şəkildə azalıb. Rəqabətin xüsusilə Çin bazarında güclənməsi və yeni modellərin olmaması Tesla üçün əlavə çətinliklər yaradıb.

Bundan başqa, şirkətin Şimali Amerika üzrə insan resursları direktoru Cenna Ferrua da vəzifəsindən gedib.

FT yazır ki, Elon Maskın siyasi fəaliyyətləri də Tesla-nın reputasiyasına təsir göstərib və istehlakçılar arasında mənfi reaksiyalara səbəb olub.

Tesla-nın 2025-ci ilin birinci rübündə xalis mənfəəti üç dəfə azalıb, avtomobil tədarükü isə 13% aşağı düşüb.

Qeyd edək ki, Omid Afşar 2017-ci ildən Tesla-da çalışırdı və Ostin şəhərindəki Gigafabrikanın tikintisinə rəhbərlik etmişdi. Daha əvvəl o, Elon Maskın "krizis meneceri" kimi tanınırdı və müxtəlif layihələrdə çətin qərarların icrası üçün irəli çəkilirdi.