AVTO

03 İyun

BYD Çində 15 000 super sürətli şarj stansiyaları quracaq

Finss.az - Dünyanın aparıcı elektrik avtomobil istehsalçılarından biri olan BYD, Çin bazarında elektrik avtomobillərinin sürətli şarjını təmin etmək üçün böyük layihəyə start verir.

Şirkət, tərəfdaşları ilə birgə ölkə üzrə 15 minədək yüksək güclü Megawatt Flash Charger şarj terminalları şəbəkəsi quracaq.

Hər bir şarj stansiyasının gücü 1 meqavatadək çatacaq ki, bu da Tesla Supercharger V4-in 500 kilovat gücündən iki dəfə çoxdur. Belə güclü şarj sayəsində elektrik avtomobilinin yürüş məsafəsi saniyədə 2 kilometrə qədər artırıla bilər. Batareyanın 400 kilometrə qədər şarj olunması isə cəmi 5 dəqiqə vaxt tələb edəcək.

Layihənin həyata keçirilməsində BYD Çin tərəfdaşları olan Xindietu və Xiaoju Charging şirkətləri də iştirak edir. Onlardan Xiaoju Charging, DiDi sürücü xidməti tərəfindən idarə olunur. Şirkət eyni zamanda dörd min şarj stansiyasını öz gücü ilə quraşdırmağı planlaşdırır. Hal-hazırda 500-dən çox stansiya artıq istifadəyə verilib və bu şəbəkə təxminən 200 Çin şəhərlərini əhatə edir.

BYD-nin Han L sedanı və Tang L krossoveri kimi “meqavatlıq” şarj cihazları üçün nəzərdə tutulmuş modelləri artıq bazarda mövcuddur. Bu avtomobilləri iki şarj “pistoleti” ilə eyni vaxtda şarj etmək mümkündür ki, bu da şarj müddətini 70% azaldır.

Aprel ayında şirkət 10,483 Han L və 11,406 Tang L avtomobili sataraq yeni şarj texnologiyasının bazarda böyük rəğbət qazandığını göstərib.

Qeyd etmək lazımdır ki, BYD elektrik avtomobil sahəsində tək deyil. Geely-nin törəmə şirkəti Zeekr mart ayında 1,2 meqavat gücündə yeni şarj cihazını təqdim edib və ilin sonuna qədər bu şəbəkəni Çində genişləndirməyi planlaşdırır.

Bu layihələr, Çin avtomobil sənayesində elektrikləşdirmə prosesini sürətləndirir və elektromobil sahəsində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.