2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 400 milyon 252 min dollar dəyərində 22 936 ədəd avtomobil idxal olunub.
Bu barədə Finss.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 17.2% və ya 3 365 ədəd, dəyəri isə 10.9% və ya 39.2 milyon dollar artıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 361 milyon 23 min dollar dəyərində 19571 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48% və ya 402 ədəd avtomobil azalaraq 428 ədəd təşkil edib.
Fuad Mədətov
Finss.az