AVTO

17 Mart

Azərbaycanın avtomobil idxalı artıb

Finss.az - Bu ilin yanvar-fevral aylarında Azərbaycan 288,94 milyon ABŞ dolları dəyərində 16 758 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 16,7% çox və 26% artım göstərir.

İl ərzində, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,4 dəfə artaraq 106 ədəd (8,92 milyon ABŞ dolları dəyərində) olub. Əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 27,3% artaraq 15 309 ədəd (255,935 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 7 577-si (146,264 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 309-u (12,084 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bu isə daxili yanma mühərriklə işləyən nəqliyyat vasitələrinin 2,9 dəfə artması, elektrik mühərrikli avtomobillərin isə 42,9% azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 6,9% artaraq 1 267 ədəd (17,266 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 13,4% artaraq 76 ədəd (6,819 milyon ABŞ dolları dəyərində) olub.