Finss.az - Stellantis avtomobil konserni, qərar qəbul etmə proseslərini sürətləndirmək və böyüməni dəstəkləmək məqsədilə təşkilati strukturunda bir sıra əhəmiyyətli dəyişikliklər etdiyini açıqladı.
Şirkət, yeni təşkilati dəyişikliklərin bölgələr, məhsul planlaşdırması, inkişafı və kommersiya fəaliyyətlərinə aid qərarların qəbulunu daha da təkmilləşdirəcəyini bildirib. Bu dəyişikliklər sayəsində, ən yaxşı müştəri xidmətlərini təmin etmək məqsədilə qlobal funksiyalarla əlaqə qorunacaq.
Bundan başqa, Stellantis-in proqram təminatı sahəsindəki fəaliyyətləri artıq Məhsul İnkişafı və Texnologiyalar şöbəsinə inteqrasiya ediləcək. Bu dəyişiklik avtomobil konserninin bütün markaları üçün innovativ məhsul və xidmətlərin daha sürətli və effektiv şəkildə bazara çıxarılmasına imkan yaradacaq.
Stellantis həmçinin korporativ məsələlər və kommunikasiya funksiyalarını birləşdirəcək və markalarını daha yaxşı dəstəkləmək üçün yeni bir marketinq ofisi yaradacaq. Bu yeniliklər, şirkətin global bazarda daha güclü mövqe tutmasına kömək edəcək.
Dekabr ayında Stellantis, baş icraçı direktor Carlos Tavares-in erkən istefa verdiyini açıqlamışdı. 3 fevralda isə o, yeni CEO-nun tapılma prosesinin davam etdiyini və 2025-ci ilin birinci yarısında yekunlaşacağını təsdiqlədi.
Stellantis-in tərkibindəki Jeep markasının rəhbəri Bob Broderdorf, Peugeot markasının rəhbəri Alain Fevi və DS Automobiles markasının rəhbəri isə Xavier Peugeot olaraq təyin edilib.
Son 12 ay ərzində Stellantis-in kapitalizasiyası 42% azalıb.