AVTO

22 Yanvar

Hyundai, yenilənmiş IONIQ 6 modelini 2025-ci ildə tanıdacaq

Finss.az - Hyundai, elektrikli sedan IONIQ 6-nın yenilənmiş versiyasını 2025-ci ilin may ayında təqdim etməyi planlaşdırır.

Model, sinifindəki ən texnoloji avtomobillərdən biri olmağa vəd edir və bir sıra mühüm yeniliklərlə təkmilləşdirilmişdir. Yeni dizayn, aerodinamik təkmilləşdirmələr və 84 kVt-saat tutumlu batareya ilə təchiz edilən IONIQ 6, bir şarjla 700 km-ə qədər məsafə qət etməyə imkan verəcək. Bu, həm ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi axtaranlar, həm də uzun məsafəli sürüş üçün ideal seçimdir.

Hyundai, IONIQ 6-nı üç fərqli versiyada təklif edəcək: standart versiya, N Line və yüksək performanslı N versiyası. N versiyası, Hyundai-nin mühəndislik bacarığının zirvəsi olaraq payızda debüt edəcək. Yeni versiya, IONIQ 5 N modelinin uğurunu davam etdirərək markanın texnoloji irəliləyişlərini nümayiş etdirəcək.

Modelin istehsalı Cənubi Koreyada yerləşən Hyundai zavodunda mərkəzləşəcək, lakin Amerika bazarı üçün istehsal, Hyundai-nin Cojiya ştatında yerləşən yeni zavodunda başlayacaq. İllik istehsal həcminin 66.000 ədəd olması gözlənilir, bunlardan 6.000-i isə N versiyasının istehsalına həsr olunacaq.

Yenilənmiş Hyundai IONIQ 6, modern dizaynı və texnoloji imkanları ilə avtomobil dünyasında yeni bir dövr açacaq.