AVTO

09 Yanvar

Azərbaycanda elektromobillərin şarj cihazları istehsal ediləcək

Finss.az - "EEL electronics" şirkəti Azərbaycanda ilk dəfə olaraq elektromobillərin şarj cihazlarının istehsalına başlayacaq.

Bunu şirkətin texniki direktoru Ruslan Şixəliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, şirkətin məhsulları Qarabağ bölgəsində təmir-bərpa işlərində istifadə olunur:

"Şirkətimiz 2022-ci ildə Ağdam Sənaye Parkının rezidenti olub. İstehsala isə 2024-cü ilin sentyabr ayında başlamışıq. İstehsal sahəsinin birinci mərhələsində 0-4 kVt idarəetmə panelləri, 6,10,35 kVt elektrik yuvaları istehsal olunur. Hazırda 45 nəfərə yaxın yerli əhalini işlə təmin etmişik. İkinci mərhələdə beton kompleks transformator məntəqələrinin beton köşk şəklində istehsalı nəzərdə tutulub. Bu mərhələdə yerli əhalidən 70-80 nəfəri işlə təmin etməyi planlaşdırırıq".

R.Şixəliyev yaxın zamanda məhsulların xarici şirkətlərə ixrac olunacağını da diqqətə çatdırıb.