AVTO

25 Dekabr

Bu institut 207 min manata 3 dənə “Toyota” alır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 207 min manata yaxın qiymətə 3 ədəd avtomobil alır.

Finss.az xəbər verir ki, İnstitut hibrid mühərrikli avtomobillərin satın alınması ilə bağlı tender elan edib.

Artıq tenderin qalibi müəyyən edilib. Qida Təhlükəsizliyi İnstitutu 3 ədəd hibrid mühərrikli avtomobilləri “Toyota Absheron Merkezi” MMC-dən alacaq. Bu avtomobillər üçün dövlət qurumu avtomobil satışı ilə məşğul olan şirkətə 206 min 700 manat ödəyəcək.

Kaira Agayeva 

Finss.az