AVTO

23 Dekabr

Avropanın avtomobil sənayesində tələb böhranı artır

Avropa İttifaqında avtomobil satışları tələbatın azalması səbəbindən durğun olaraq qalır.

Finss.az xəbər verir ki, avtomobil satışları noyabr ayında yüzdə 1,9 azalaraq 869 min 816 ədəd olub.

Aİ-nin əsas bazarları arasında avtomobil satışları ən çox Fransada 13 faiz azalıb. Fransanı 11 faiz azalma ilə İtaliya izlədi.

Almaniyada 0,5 faiz mülayim azalma qeydə alınıb. Noyabr ayında rayonda elektriklə işləyən avtomobil satışlarının da azaldığı müşahidə edilib.

Kaira Agayeva 

Finss.az