AVTO

23 Dekabr

"Tesla" minlərlə elektromobilini geri çağırır

"Tesla" şirkəti şinlərdə təzyiqə monitorinq sistemindəki nasazlığı aradan qaldırmaq üçün təxminən 700 min elektromobilini geri çağırır.

Finss.az xəbər verir ki, nasazlıq 2024-cü il buraxılışı olan "Cybertruck", 2017-25-ci ilin "Model S" və 2020-2025-ci ilin "Model Y" avtomobillərində aşkarlanıb.

NHTSA-nın məktubunda qeyd edildiyi kimi, bu modellərdəki monitorinq sistemi sürücünü şinlərdəki aşağı təzyiq barədə xəbərdar etməyə bilər, təkərləri kifayət qədər şişirdilməmiş nəqliyyat vasitəsindən istifadə isə qəza riskini artırır.

"Tesla"dan bildirilib ki, problemi həll etmək üçün pulsuz proqram təminatı təqdim ediləcək.

Qeyd edək ki, bu, "Tesla" elektrik avtomobillərinin bu il ilk geri çağırılması deyil, cəmi bir il əvvəl satışa çıxarılan "Cybertruck" elektrik pikapları üçün isə bu artıq ilin əvvəlindən bəri yeddincidir.

Kaira Agayeva 

Finss.az