AVTO

18 Dekabr

“Huawei” və “Chery”dən yeni model: Luxeed R7 EREV

 

“Huawei” və “Chery” birgə müəssisə kimi qurduqları “Luxeed” brendini inkişaf etdirməyə davam edirlər.

Finss.az xəbər verir ki, bu çərçivədə kupe-SUV modelinin “Luxeed R7” adlı EREV (Extended-Range-Electric-Vehicle) versiyası təqdim ediləcək.

Hazırda “Luxeed”in məhsul çeşidində iki elektrik modeli var: S7 sedan və R7 kupe-SUV. SUV, yalnız noyabr ayında 11.000-dən çox satılan iki avtomobildən daha populyardır. Bu səbəbdən marka SUV modelinə EREV versiyasını əlavə etmək planlarını həyata keçirmək qərarına gəlib. Dinamik dizaynı ilə diqqət çəkən R7 EREV dekabrın 19-da rəsmi olaraq təqdim ediləcək.

Kaira Agayeva 

Finss.az