“Brabus” şirkəti “1300 R Edition 23” motosikletini təqdim edib.
Finss.az xəbər verir ki, 1300 kub santimetrlik V2 mühərrikli texnika 177 at gücü hasil edəcək. Əsas detallar karbondan hazırlanacaq.
Aktiv asqılı motosiklet cəmi 2 rəngdə, 290 ədəd hazırlanacaq. Qiymət isə komplektasiyadan asılı olaraq 46 000 dollardan başlayır. Soyuq havada hərəkət üçün motosiklet qızdırıcılı oturacaqla təmin edilib.
Bu, firmanın tarixində ikinci motosikletdir. Alman istehsalçı bundan əvvəl "Ducati” ilə birgə motosiklet hazırlamışdı.
Kaira Agayeva
Finss.az