Artıq elə bir dövrə çatmışıq ki, avtomobil olmadan yaşaya bilmirik. Bu, ictimai nəqliyyat (taksi, avtobus və s.) da ola bilər, şəxsi minik vasitəsi də.
Finss.az xəbər verir ki, həyatımızın ayrılmaz hissəsinə çevrilən avtomobil yaxşı işləməli, bizi yarı yolda qoymamalıdır. Biz həm də özümüzün, yaxınlarımızın həyatını avtomobilə “etibar edirik”. Ən kiçik nasazlıq belə, ağır qəzaya, faciəyə səbəb ola bilər.
Buna görə də, avtomobilə yaxşı qulluq edilməli, vaxtaşırı onun işləklik vəziyyəti və təhlükəsizliyi yoxlanılmalıdır.
Kaira Agayeva
Finss.az