Artıq havalar soyuyub və sürücülər avtomobildən istifadə edərkən qızdırıcıdan istifadə edirlər. Lakin bu, maşının salonunda rütubətlənməyə, kondensat toplanmasına gətirib çıxarır. Yaxın günlərdə, havalar kəskin soyuduqda sürücülər səhər saatlarında maşında nəmlik olduğunu, şüşələrdə su yarandığını görəcəklər. Bu da salonda xoşagəlməz iyin yaranmasına səbəb olacaq. Bəs çarə varmı?
Finss.az xəbər verir ki, avtomoblin pəncərələrində kondensat yaranmasına səbəb temperatur fərqidir. Yəni, salondakı temperatur çöllə müqayisədə daha yüksək olduğundan su buxarı şüşəyə toxunaraq soyuyur və aşağıya doğru hərəkət edir. Nəticədə yaranan kondensat həm də mikroblar üçün əlverişli şərait formalaşdırır. Salondan pis iy də bu səbəbdən gəlir.
Bunu aradan qaldırmağın isə çox sadə üsulu var. Axşam avtomobili saxladıqda pəncərələri cəmi 5 dəqiqə açıq qoymaq kifayətdir. Bu zaman çöl və xarici temperatur bərabərləşdiyi üçün gecə boyu şüşələr tərləməyəcək.
Kaira Agayeva
Finss.az