AVTO

12 Dekabr

“Azərsığorta”ya məxsus 3 avtomobil hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ləğv prosesində olan Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” ASC-nin balansında olan 3 avtonəqliyyat vasitəsini açıq hərraca çıxarır.

Finss.az xəbər verir ki, hərrac dekabrın 25-də, saat 11:30-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, şirkətin hesabına beh ödəməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin yanvarın 31-də Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta”nın fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Fərman əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə fevralın 14-də səhmdar cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv olunub.

Kaira Agayeva 

Finss.az