AVTO

06 Dekabr

Papa Fransiskə tam elektrik avtomobil təqdim edildi: Papamobil

Çərşənbə günü Vatikan zəvvarları qarşılamaq üçün Müqəddəs Pyotr meydanından keçəcək katoliklərin ruhani lideri Papa Fransiskin yeni “Popemobile”ni təqdim etdi.

Finss.az xəbər verir ki, dörd təkərli avtomobil ilk tam elektriklə işləyən “Popemobil”dir və sıfır karbon emissiyasına malik olacaq. Bu, Papanın ekoloji məsələlərlə bağlı ifadə etdiyi iqlimin qorunması ilə bağlı mövqeyinə uyğundur.

“Mercedes-Benz Group”un baş direktoru Ola Källenius, “Mercedes-Benz”in 100 illik ənənəsinin bir hissəsi olduğunu söylədiyi “Popemobile”nin növbəti brendini Papaya təqdim etməyin böyük şərəf olduğunu söylədi.

Kaira Agayeva 

Finss.az