AVTO

05 Dekabr

"Formula-1" tarixində ilk dəfə iki qardaş eyni komandada çıxış edəcək

 

Finss.az xəbər verir ki, Monakolu pilot Artur Lekler "Ferrari"nin tərkibində "Formula-1" mövsümünün son mərhələsi olan Əbu-Dabi Qran Prisinin ilk sərbəst yürüşündə iştirak edəcək.

"Ferrari"nin test pilotu olan 24 yaşlı Lekler ispan Karlos Saynsı əvəz edəcək. Onun qardaşı, 27 yaşlı Şarl Lekler də komandada çıxış edir. "Ferrari" "Formula-1" tarixində ilk dəfə olaraq qardaşların eyni komanda üçün yarış sessiyasında mübarizə aparacağını bildirib.

Qeyd edək ki, Əbu-Dabi mərhələsi dekabrın 6-dan 8-dək baş tutacaq.

Kaira Agayeva 

Finss.az