AVTO

04 Dekabr

Ölkədə sayı günü-gündən artan elektrik avtomobillərinin şarjı neçəyə başa gəlir?

Ölkəmizdə elektromobillərin sayı artır, yeni enerjidoldurma məntəqələri yaradılır. Bəs elektrik mühərrikli avtomobillərin şarjı neçəyə başa gəlir?

Sürücülər deyirlər ki, Bakıda 120-150 kilovatlıq stansiyalar quraşdırılıb. Tam şarj üçün ümumi qiymət isə avtomobilin növü və batareyasının həcminə görə dəyişir.

Finss.az xəbər verir ki, onların ən çox üstünlük verdikləri stansiyalar isə 150 vatlıq olanlardır. Belə ki, bu, onlara vaxta qənaətə imkan verir. Tarif Şurasının enerjidoldurma stansiyaları ilə bağlı standart tarifi yoxdur.

"Azərişıq" ASC-nin enerjidoldurma məntəqələrində isə 1 kilovat 23 qəpik təşkil edir.

Qurumdan "Xəzər Xəbər"ə verilən məlumata görə, təkcə son bir neçə gün ərzində Bakının müxtəlif ərazilərinə 20-yə yaxın enerjidoldurma məntəqələri quraşdırılıb.

Kaira Agayeva 

Finss.az