Lusail beynəlxalq avtodromunda keçirilən "Formula-1" üzrə Qətər Qran-prisinin qalibi bəlli olub.
Finss.az xəbər verir ki, Qran-prinin qalibi "Formula-1" üzrə dördqat dünya çempionu, "Red Bull" pilotu Maks Ferstappen olub. "Ferrari" komandasından Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "McLaren"in təmsilçisi Oskar Piastri tamamlayıb.
Qeyd edək ki, artıq mövsümün qalibi bəllidir. Bu, ardıcıl dördüncü dəfə dünya çempionu olan "Red Bull" komandasının pilotu Maks Ferstappendir. Amma Mühəndislər Kubokunda mübarizə davam edir və bugünkü yarışdan sonra titul uğrunda yalnız "McLaren" və "Ferrari" komandaları mübarizə aparırlar.
"Formula-1" üzrə 75-ci dünya çempionatının son mərhələsi qarşıdakı həftəsonu Əbu-Dabidə baş tutacaq.