AVTO

03 Dekabr

Porsche benzinlə işləyən avtomobillərdən imtina etməyə tələsmir

Alman avtomobil istehsalçısı Porsche gələcək planlarına yenidən baxıb və indiki məqamda tamamilə elektromobillərin istehsalına keçməyə tələsmir. Bu barədə şirkətin maliyyə direktoru Lutz Meşke danışıb.

Finss.az xəbər verir ki, bu qərar elektromobillərə tələbatın azalması, eləcə də şirkətin bazarın müxtəlif ehtiyaclarını ödəmək istəyinin nəticəsi idi. Porsche-nin hazırda iki elektrik avtomobili var: dördqapılı Taycan kupesi və Macan krossoveri.

Avtomobil istehsalçısı yeni Cayenne 718 modeli ilə elektrikli maşın seriyasını genişləndirməyi planlaşdırırdı. Lakin bazardakı dəyişikliklər fonunda Porsche indi bu modelləri hibrid və ya ənənəvi benzin mühərrikləri ilə təqdim etməyi düşünür.

Əvvəllər nəzərdə tutulurdu ki, 2030-cu ilə qədər Porsche satışlarının 80%-i elektrikli avtomobillər olacaq. Lakin 2024-cü ildə şirkət ABŞ-da elektrik avtomobillərinin satışının azalması və daha sərfəli yerli brendlərlə rəqabət aparmalı olduğu Çin bazarında çətinliklərlə üzləşdi.

Kaira Agayeva 

Finss.az