AVTO

27 Noyabr

Almaniyada 500 at gücündə VAZ-2101 satışa çıxarılıb

Almaniyada gücü 500 at qüvvəsi olan VAZ-2101 satışa çıxarılıb.

Finss.az xəbər verir ki, mühəndislər mühərrik üzərində əsaslı iş görüblər: sovet klassikasının unikal nümunəsi olan və "kopeyka" (bir qəpik) kimi tanınan avtomobil 2.0 litrlik turbomühərrikə malikdir, silindr başlığı yenidən işlənib, döymə porşen və şatunlar quraşdırılıb, həmçinin məhsuldarlığı artırmaq üçün yanacaq sistemi yenidən konfiqurasiya edilib.

Amma sürprizlər bununla bitmir. Tüninq ustaları avtomobilə mükəmməl idarəetmə təmin etmək üçün "BMW E36" və "BMW E46"dan asqı elementlərini köçürüblər. Həmçinin "Porsche"dən əyləc supportları və 17 düymlük təkər diskləri quraşdırılıb. Keramik ilişmə muftalı və arxa diferensiallı beşpilləli mexaniki ötürmələr qutusu zəif sələfini əvəz edib.

Bu unikal tüninq layihəsinin qiyməti 22 500 avro (təxminən 40 min manat) təşkil edir.

Kaira Agayeva 

Finss.az