AVTO

20 Noyabr

Çilinin idman avtomobili "Hot Wheels" müsabiqəsində qalib gəlib

ABŞ-nin "Hot Wheels" oyuncaq avtomobillərini istehsal edən "Mattel" şirkəti növbəti "Hot Wheels Legends Tour" müsabiqəsinin nəticələrini yekunlaşdırıb.

Finss.az xəbər verir ki, 2024-cü ildə müsabiqənin münsiflər heyəti Çilidən olan əllə hazırlanmış yarış idman avtomobilini - "La Liebre" kupesini qalib seçib. İndi o, 1:64 miqyaslı modelə çevriləcək və bütün dünyada satılacaq.

Sportkar "Ford Falcon"un yüksək modifikasiya olunmuş şassisi əsasında hazırlanıb. Kupe beşpilləli mexaniki transmissiyası və "Chevrolet"in 5.7 litrlik 600 at gücünə malik mühərriki ilə işləyir. Maşının çəkisi cəmi 900 kq-dır.

Builki "Hot Wheels Legends Tour" səyahət avtoşousunda 13 ölkədən 5 mindən çox avtomobil nümayiş etdirilib. "La Liebre" vintaj dizayn və müasir xüsusiyyətlərin birləşməsi hesabına münsiflər heyətini heyran edib.

Kaira Agayeva

Finss.az