“TikTok” sosial platformasında satış məqsədilə paylaşılan avtomobil aksessuarı müzakirələrə səbəb olub.
Finss.az xəbər verir ki, Əl işarəsi formasında dizayn olunmuş bu aksessuar avtomobilin arxa şüşəsi üçün nəzərdə tutulub. Satıcının sözlərinə görə, pultla idarə olunan işıq cihazı sürücülərin dialoq qurmadan əl işarəsiylə nə demək istədiklərini ifadə edir: “Hansısa sürücü sizə yol verirsə ona sağol demək üçün birinci düyməni basırsınız. İstəsəniz ardınca ikinci düyməni, yəni buynuz barmaqları işarəsini də ona göstərə bilərsiniz. Əgər arxadan gələn sürücü davamlı siqnal verib sizi bezdirirsə bu zaman üçüncü düyməni basaraq ona orta barmaq işarəsini göstərə bilərsiniz”.
Qeyd edək ki, sözügedən aksessuarın istifadəsi qanunla qadağandır. Bu tipli aksessuarlardan istifadəyə görə, sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, 150 manat məbləğində cərimə oluna bilərlər.
Kaira Agayeva
Finss.az