Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatlarına görə, ABŞ avtomobil istehsalçısı “Tesla”, oktyabr ayında bir əvvəlki ilə nisbətən yüzdə 5,3 azalaraq 68 min 280 Çin istehsalı elektrikli avtomobil satdı.
Finss.az xəbər verir ki, Çin istehsalı olan “Model 3” və “Model Y” avtomobillərinin tədarükü əvvəlki ayla müqayisədə 22,7 faiz azalıb.
Çinin rəqibi BYD, “Dynasty” və “Ocean” seriyalı elektrikli avtomobilləri və plug-in hibridləri ilə daha bir aylıq rekord qıraraq, keçən ay minik avtomobili satışlarında illik yüzdə 66,2 artımla 500 min 526 ədədə çatdı.
BYD-nin verdiyi açıqlamaya görə, xaricə daşınmalar ümumi satışların yüzdə 6-sını təşkil edir.
“Tesla” səhmləri bazar ertəsi premarket ticarətində 1 faizdən çox ucuzlaşıb.
Kaira Agayeva
Finss.az