Finss.az xəbər verir ki, Dünya avtomobil istehsalçılarının istehsal etdiyi ən populyar avtomobil markası "Toyota Corolla"dır.
525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, dünya üzrə indiyə kimi bu markadan olan 51 milyon avtomobil satılıb.
İkinci yerdə "Ford F-Series" dayanır - 43 milyon. İlk "üçlüyü" 36 milyon satışla "Volkswagen Golf" qapadır.
Maraqlıdır ki, ilk "onluğa" düşən avtomobillər arasında SSRİ və Rusiya istehsalı olan "VAZ 2107" də var. İndiyə kimi 18 milyon satışı olan "07" 7-ci pillədə qərarlaşıb.
Yeri gəlmişkən, Azərbaycanda da çox istifadə edilən "07" cari ilin ilk 7 ayında Rusiyada ən çox satılan avtomobil markası olub. Rusiyalılar təkcə avqust ayında 12,8 min "07" alıblar. Sonrakı yerlərdə "Kia Rio" (12 min) və "Hyundai Solaris" (11,3 min) dayanır.
Dünyanın ən populyar 10 avtomobilinə gəlincə, digər 6 marka bunlardır: "Honda Civic", "Opel Corsa", "Nissan Sunny", "Chevrolet Impala", BMW 3-cü seriya və "Renault Clio".
Kaira Agayeva
Finss.az