“Roewe”nin Çin avtomobil istehsalçısı SAIC-ə məxsus D7 DMW modeli akkumulyatorla doldurulan hibrid avtomobillər arasında ən uzun məsafəni qət edərək Ginnesin Rekordlar Kitabına düşdü.
Finss.az xəbər verir ki, tək çən və şarjla 2208 kilometr məsafə qət edən avtomobil 100 kilometrə orta hesabla 2,49 litr yanacaq sərf etməyi bacarıb.
Çinin Lanzhou şəhərindən Urumçiyə dörd günlük səyahət zamanı nəqliyyat vasitəsi Jiayuguan, Dunhuang və Turpan şəhərlərindən keçib. Marşrutun tam təfərrüatları və sınaq şərtləri açıqlanmasa da, gediş 30 dərəcə temperatur fərqi, havanın temperaturunun -8 dərəcəyə enməsi, 1600 metr hündürlük fərqi və Qobi səhrasından keçmə kimi çətin şərtlər altında həyata keçirilib.
“Roewe D7 DMH”nin təkrar doldurulan hibrid güc qurğusu 110 at gücü hasil edən 1,5 litrlik atmosferli benzin mühərrikindən və 201 at gücündə elektrik mühərrikindən ibarətdir. Benzinli mühərrik 43% istilik səmərəliliyinə və 16:1 yüksək sıxılma nisbətinə malikdir. Mühərrikin dişlilərin sayını iki azaldan və DHT hibrid transmissiyası ilə yüksək məhsuldarlıq təklif edən koaksial P1 ötürmə bloku ilə birləşdirildiyi bildirilir.
Kaira Agayeva
Finss.az