Almaniyanın məşhur avtomobil istehsalçısı Volkswagen, İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq ölkədəki üç fabrikin bağlanması qərarını verib.
Finss.az xəbər verir ki, bu barədə Focus nəşri, şirkətin idarə heyətinə istinadən məlumat yayıb. Bağlanacaq fabrikin işçilərinin sayı on minlərlə insanı əhatə edəcək.
İlk olaraq Osnabrückdəki fabrik bağlanacaq, qalan müəssisələr isə xərcləri azaltmaq məqsədilə qənaət rejiminə keçəcək. Hazırda Almaniyada Volkswagen-də təxminən 120 min insan çalışır.
Ekspertlərin fikrincə, konsernin çətin vəziyyətdə olmasının bir çox səbəbi var. Bunlar arasında Çindəki sərt rəqabət, Avropada tələbin azalması, avtomobil sənayesinin sərt tənzimlənməsi və enerji resurslarının bahalaşması qeyd olunur.
Bu çətinliklər Porsche, Mercedes və BMW kimi digər avtomobil istehsalçılarını da təsir edir. Əgər fabrikin bağlanma prosesi gerçəkləşərsə, bu, bütün təchizatçılara mənfi təsir göstərəcək.
Volkswagen-in bu addımı, avtomobil sənayesindəki dəyişikliklərin və çətinliklərin daha geniş miqyasda baş verdiyinin göstəricisidir.
Kaira Agayeva
Finss.az