“Mazda” özünün yeni elektrikli sedan modeli “EZ-6″nı təqdim etdi.
Çin bazarı üçün xüsusi olaraq hazırlanmış model ilə “Mazda” elektrik avtomobillərinin çeşidini genişləndirdi.
“EZ-6” iki fərqli güc ötürücü variantı ilə təklif olunur: tam elektrik (BEV) və hibrid (EREV). Yeddi fərqli avadanlıq səviyyəsində satışa çıxarılan modelin qiymətləri təxminən 19 min dollar ilə 25 min dollar arasında dəyişir.
Dizayn baxımından “Mazda”nın “Kodo” dizayn dilini split faralar və LED işıqlandırma kimi xüsusiyyətlərlə əks etdirir. Təxminən 4,9 metr uzunluğu və demək olar ki, 2,9 metr təkər bazası ilə avtomobil “Mazda”nın əvvəlki yeni enerjili avtomobil modelləri ilə müqayisədə daha çox salon həcmi təklif edir.
İnteryerdəki görkəmli texnologiyalara 14,6 düymlük məlumat-əyləncə ekranı, rəqəmsal cihazlar paneli və 50 düymlük əlavə reallıq baş üstü ekranı daxildir. “Qualcomm” çipi ilə təchiz edilmiş bu bölmə müxtəlif əlaqə xüsusiyyətlərini dəstəkləyir. “Sony” səs sistemi, uzanan ön oturacaqlar və panoramik lyuk kimi xüsusiyyətlər də mövcuddur.
Kaira Agayeva
Finss.az