“Toyota”nın hava taksilərinə marağı azalmır.
Finss.az xəbər verir ki, avtomobil nəhəngi “eVTOL” təyyarə istehsalı planlarını həyata keçirmək üçün “Joby Aviation”a dəstəyini artırır.
“Toyota” yeni investisiyasını iki mərhələdə həyata keçirəcək.
İlk 250 milyon dollarlıq ödəniş bu il, qalan 250 milyon dollar isə 2025-ci ildə ediləcək.
Bundan əlavə, “Toyota” və “Joby Aviation” arasında istehsal ittifaqı yaradılacaq.
Kaira Agayeva
Finss.az