AVTO

28 Oktyabr

"Maserati" Çin şirkəti ola bilər

İtaliya hökuməti Maserati şirkətinin Çinə satılmasına dair ilkin razılığını verib.

Faktı Çin mənbələri təsdiqləsə də, İtaliya tərəfi məsələyə münasibət bildirməkdə tələsmir. Hazırda Çinin 2 nəhəngi – Chery Auto və Dongfeng Group lüks brendi almağa maraq göstərir. 

Finss.az xəbər verir ki, apreldə çinli iş adamları İtaliya rəsmiləri ilə görüşlər keçirsələr də, nəticələrlə bağlı məlumat yoxdur. 

Maserati şirkətinin daxil olduğu Stellantis qrupu avqustda şirkəti satmayacağını demişdi. Lakin son statistika şirkətin müflisolma həddinə gəldiyini göstərir. Bu ilin ilk yarısında şirkət cəmi 6500 maşın satıb ki, bu da ötən illə müqayisədə yarıbayarı azdır.

Kaira Agayeva 

Finss.az