Yeni "Zeekr Mix" miniveninin premyerası 23 oktyabr 2024-cü ildə Çində keçiriləcək.
Finss.az xəbər verir ki, yeni avtomobil brendin seriyasında altıncı model olacaq.
Onun dizaynı "Bentley"nin keçmiş dizayneri Stefan Zilaff tərəfindən yaradılıb. Avtomobilin uzunluğu 4 688 mm-dir. O, "Volkswagen ID.BUZZ" modeli ilə rəqabət aparacaq. Yeni məhsulun özəlliyi ön qapılardır: sürücü və sərnişinin çıxması üçün onlar irəli çəkilməlidir.
"Zeekr Mix"də beş nəfərlik oturacaq, arxada isə üç nəfərlik divan mövcuddur.
Qeyd olunur ki, premyeradan sonra modelin satışına başlanılacaq.
Kaira Agayeva
Finss.az