Sentyabr ayında dünyada satılan elektromobillərin sayı 1,7 milyon ədədlə rekord qırıb.
Bu rəqəm, 2023-cü ilin dekabr ayında qeydə alınmış satış rekordunu 150 min ədəd üstələyib.
Finss.az xəbər verir ki, bu satışların 1,1 milyonu Çində reallaşarkən, keçən ay Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada 300 mindən çox elektromobil satılıb.
Yanvar-sentyabr dövründə dünyada ümumi elektrik avtomobil satışları 22% artaraq 11,5 milyona çatıb.
Bu dövrdə ümumi satışların 7,2 milyonu Çində, 2,2 milyonu Aİ və Böyük Britaniyada, 1,3 milyonu isə ABŞ və Kanadada olub.
Satışların qalan hissəsi dünyanın digər yerlərində həyata keçirilib.
Kaira Agayeva
Finss.az