Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 623 ədəd minik avtomobili istehsal edilib.
Finss.az xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 513 ədəd və ya 71,7 % çoxdur.
Nəticədə, bu il oktyabrın 1-nə ölkədə 590 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 9 ayında Azərbaycanda 562,3 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
2023-cü ilin 9 ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4 % artıb, maşın və avadanlıqların istehsalı 40,1 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 % azalıb.
Bu ilin yanvar-sentyabr aylarında ölkədə 394 ədəd və ya 2023-ci ilin müvafiq ayları ilə müqayisədə 35,3 0,8 % çox minik avtomobili istehsal olunub.
Bu il oktyabrın 1-nə ölkədə 47 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Ötən 9 ay ərzində Azərbaycanda 461 ədəd traktor istehsal edilib.
Bu, 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 14,8 % azdır.
Nəticədə, bu il oktyabrın 1-nə ölkədə 11 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Kaira Agayeva
Finss.az