AVTO

18 Oktyabr

Avtomobil istehsalçısından Çinlə bağlı təklif

BMW şirkətinin rəhbəri Oliver Çipse Çinin avtomobil ekspansiyasının qarşısını almaq üçün maraqlı təklif edib. 

Finss.az xəbər verir ki, BMW-nin rəhbəri Avropanın avtomobil istehsalçılarının Çindən asılılığının getdikcə artdığını bildirib. O vurğulayıb ki, batareya məsələsinə görə hər gün Çinə bağlılıq daha da artır. Bunun qarşısını almaq üçün vaxtında tədbir görülməlidir. 

İş adamı bununla bağlı təklifini də verib. Onun fikrincə ən rahat yol 2035-ci il üçün nəzərdə tutulan elektromobilə tam keçid tələbinin ləğv edilməsidir. 

Çipsenin sözlərinə görə, qitədə elektromobilə maraq azalıb. Subsidiyalar ləğv edildikdən sonra avropalılar bu texnikadan üz döndəriblər. Yerli zavodlar kifayət qədər məhsul hazırlasa da, müştəri yoxdur. Bu gedişlə bəzi avtomobil şirkətləri müflis olacaq.

Kaira Agayeva 

Finss.az