AVTO

17 Oktyabr

Parisdə yay istirahəti üçün kompakt elektromobil təqdim edildi

Paris Avtomobil Salonunda İsveçrənin "Micro Mobility" şirkəti yeni "Microlino Spiaggina" elektromobilini təqdim edib. Bu kompakt elektromobil xüsusilə Portofino, Sen-Trope və ya İbisa kimi məşhur Avropa kurortlarında yay istirahəti üçün yaradılıb.

Finss.az xəbər verir ki, kiçik ölçülərinə baxmayaraq (uzunluğu - 2.5 m, eni - 1.5 m), "Microlino Spiaggina" rahat səyahət üçün lazım olan hər şeyə malikdir. Elektromobil 10.5 kVt/saat tutumlu batareya və gücü 17 at qüvvəsi olan elektrik mühərriki ilə təchiz edilib ki, bu da maksimum 90 km/saat sürət əldə etməyə imkan verir. Yürüş məsafəsi təxminən 177 km-dir ki, bu da kurort şəhərcikləri və sahilboyu hərəkət etmək üçün kifayət qədərdir.

"Microlino Spiaggina"nın yaradıcıları təkcə texniki xüsusiyyətlər deyil, həm də praktiklik barədə düşünüblər. Elektromobilin çimərlik istirahəti üçün lazım olan hər şeyi yerləşdirmək mümkün olan 230 litr həcmində kiçik yük yeri var.

Kaira Agayeva 

Finss.az