AVTO

21 Avqust

Cadillac CT5-V Blackwing-dənəsas yeniliklər, yoxsa sadəcə marketinq?

"Cadillac" "CT5-V Blackwing" modelini restylinqdən keçirib, əsas dəyişikliklər eksteryer və interyerdə edilib.

Finss.az xəbər verir ki, yenilənmiş model üçün "Precision Package" adlı opsional təkmilləşdirmələr dəsti təqdim olunub. Bu dəst, daha sərt yaylar, yenidən sazlanmış adaptiv "Magnetic Ride" amortizatorları, gücləndirilmiş ön stabilizator, yenilənmiş elektron diferensial və sükan idarəetməsi ilə idarəetmə xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədi daşıyır.

Güc aqreqatı dəyişməz qalıb: 6,2 litrlik V8 mühərrik (677 at qüvvəsi, 893 Nm) ilə təchiz olunub, 10 pilləli avtomatik və ya 6 pilləli mexaniki transmissiya ilə birləşdirilir. "Precision Package" paketinə karbon-keramika əyləcləri də daxildir. Modelin qiyməti hələlik açıqlanmayıb, adi versiya isə 95.000 ABŞ dollara təklif olunur.

Fuad Mədətov
Finss.az