AVTO

19 Avqust

Audi A6 e-tron: Yeni elektromobil etrategiyası riskə dəyərmi?

Audi yeni strategiyasına uyğun olaraq, A6 və digər cüt rəqəmli indeksli modelləri yalnız elektromobillər kimi təqdim edəcək. Bu çərçivədə, yeni nəsil Audi A6 e-tron modeli təqdim olunub. A6 e-tron, PPE platformasında inşa edilib və iki kuzov növü - Sportback və Avant ilə təklif olunur.

Finss.az xəbər verir ki, yeni A6 e-tron, aerodinamik performansı ilə diqqət çəkir və interyer dizaynı Q6 e-tron krossoveri ilə oxşardır. Standart olaraq, 367 at gücündə arxa ötürməli, 428 at gücündə tamötürməli quattro versiyaları mövcuddur. Ən güclü Audi S6 e-tron versiyası isə, 503 at gücü ilə təchiz edilib.

Bütün modellər 800 voltluq elektrik sisteminə və 94,9 kilovat/saat tutumlu batareyaya malikdir. Arxa ötürməli versiyalar 757 km-ə qədər yürüş ehtiyatı təmin edir. Audi A6 e-tron modellərinə sifarişlərin qəbulu sentyabr ayında başlayacaq və qiymətlər Almaniyada 75 600 avrodan başlayır.

Fuad Mədətov
Finss.az